Sosial 

Ötən il narkotiklə əlaqədar məsuliyyətə cəlb edilən əcnəbilərin sayı açıqlanıb

Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Azərbaycanda məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.

ARANTV.AZ  xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatda əksini tapıb.

Qeyd olunub ki, məsuliyyətə cəlb edilmiş 75 xarici ölkə vətəndaşından 39-u İran İslam Respublikası, 11-i Gürcüstan, 18-i Rusiya, 3-ü Qazaxıstan, 2-si Türkiyə, 1-i Pakistan və 1-i Ukrayna vətəndaşları olub.

Daha çox xəbərlər