Sumqayıtda bina girişində 36 yaşlı kişi meyiti tapıldı
Sumqayıtda bina girişində kişi meyiti tapılıb.
ARANTV.AZ report-a istinadən xəbər verir ki, şəhərin 3-cü mikrorayonunda yerləşən binanın girişində bir nəfərin ölməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.
Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olduğu müəyyənləşib. Şəxsin qəbul etdiyi narkotik maddənin təsirindən dünyasını dəyişdiyi bildirilir.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

