Siyasət 

Qaraçay-Çərkəz Respublikasının rəhbəri Azərbaycana gələcək

Fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

ARANTV.AZ  xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.

Qaraçay-Çərkəz Respublikası nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.

Daha çox xəbərlər