Hadisə 

Xaçmazda balıqçı qayığı çevrilib, bir nəfər itkin düşüb

İyulun 27-də Sumqayıt şəhəri ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış iki nəfərdən biri, 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdülrəhim oğlu geri qayıtmayıb.

ARANTV.AZ xəbər verir ki, müəyyən olunur ki, qayıq Xaçmaz rayonu yaxınlığında küləyin təsirindən çevrilib.

Qayıqda olan 1976-cı il təvəllüdlü Fərəcullayev Zaur Orucəli oğlu iyulun 28-də, gecə saatlarında Xəzər dənizinin Rusiyaya mənsub hissəsində “Rəsul Həmzətov” gəmisi tərəfindən aşkar edilərək gəmi heyəti tərəfindən göyərtəyə qaldırılıb.

Bu gün səhər saatlarında Ziyəddin Əhmədovun axtarışlarına başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Aviasiya dəstəsinin “Mi-17” helikopteri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment