Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

MTK-larda qaz sayğacları necə quraşdırılır? – AÇIQLAMA

By Vüsal Rafiqoğlu
21.07.2021 3 Min Read

İstehlakçı məmnuniyyətinin qazanılması “Azəriqaz” İB qarşısında duran ən ümdə vəzifədir. Qaz təchizatı sahəsində kommunal xidmətlər göstərən müəssisə kimi fəaliyyətimizin əsas qiymətləndirici meyarlarından biri də abonentlərin razı qalmasıdır. Qarşıya qoyulan vəzifəyə nail olmaq üçün əlçatımlığı və operativliyi təmin etmək üçün istər təqdim olunan xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, istərsə də mümkün sui-istifadəyə şərait yaradan neqativ halların aradan qaldırılması üzrə tədbirlər həyata keçirilir. Bu istiqamətdə atılan növbəti addımdan biri də Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarında qaz sayğaclarının “Azəriqaz” İB tərəfindən heç bir ödəniş edilmədən quraşdırılmasıdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın (Qaydalar) 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Azəriqaz” İB qanunvericiliyin qeyd olunan tələbinin bu günədək də icrasını tam təmin edir. Ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün istifadə olunan məişət qaz qurğusu istifadəçilərinə münasibətdə “Azəriqaz” İB tərəfindən qaz sayğacları əvəzsiz olaraq təchiz edilir. Belə ki, heç bir ödəniş edilmədən istifadə olunan və istismar müddəti başa çatan qaz sayğacları yenisi ilə əvəzlənilir, qüsurla çalışan sayğaclar təmir edilir, yeni fərdi yaşayış evləri qaz sayğacları ilə təchiz olunur. Bunun üçün tikinti obyektinə (mənzil, fərdi yaşayış evi) mülkiyyət hüququ olan vətəndaşın və ya sonuncu ilə icarə müqaviləsi bağlayan şəxsin müraciəti yetərlidir. Həmin müraciət əsasında qaz sayğacının quraşdırılma yeri, markası, nömrəsi, quraşdırılma tarixi, üzərindəki plombun nömrəsi, dövlət yoxlamasından keçirilməsinin son tarixi barədə məlumatları göstərilməklə “Azəriqaz” İB vətəndaşla qazın alqı-satqı müqaviləsini (4.4 bənd) bağlayır. Başqa sözlə desək, mövcud qanunvericiliyə əsasən müvafiq xidmətlərin təqdim, o cümlədən əvəzsiz olaraq qaz sayğaclarının təchiz olunması üçün məişət qaz qurğularından istifadə edən şəxslərlə qazın alqı-satqısı müqaviləsi bağlanılmalıdır.

MTK-lara gəlincə isə onların inşa etdikləri tikinti obyektləri müvafiq dövlət komissiyası tərəfindən istismara qəbul edildikdən sonra yaşayış üçün istifadəyə verilə bilər. Qaydaların 2.2-ci bəndinə əsasən tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. O da məlumdur ki, əksər MTK-lar tərəfindən inşa edilən bir çox tikinti obyektləri məişət qaz qurğuları ilə birlikdə istismara verilmir. Bu qurğular daha sonra həmin mənzillərdə yaşayan fiziki şəxslər tərəfindən əldə edilir. Nəticə etibarı ilə MTK-lar istehlakçı deyil, sifarişçi qismində çıxış edərək öz biznes layihələri üçün inşa etdikləri tikinti obyektlərində quraşdırılmalı olan qaz sayğaclarının alınması barədə müraciət edirlər. Məlumdur ki, MTK-lar fiziki deyil, kommersiya marağı güdən və məişət qurğularının istifadəçisi olmayan hüquqi şəxslərdir. Hesab edirik ki, məhz bu səbəbdən də qanunvericilik tikinti obyektlərinin istismara qəbul edilməsi üçün digər tələblərlə yanaşı, öncə sayğaclar və detektorlarla təchiz edilməsi tələbini müəyyən edibdir.

Bir ədədi üçün komplekt dəyəri 70-90 manat təşkil edən qaz sayğaclarının əvəzini sonradan dəfələrlə baha qiymətə MTK-lar tərəfindən (bu hal da MTK-nın kommersiya marağı güdməsindən xəbər verir) vətəndaşlardan tələb edilməsi sonuncularda narazılığa səbəb olur. Yuxarıda da qeyd etdiyimiz kimi “Azəriqaz” İB bilavasitə və ya dolayısı ilə öz fəaliyyəti ilə əlaqədar olan və ictimai rezonans doğura biləcək bütün məsələləri diqqət mərkəzində saxlayır, onlara həssaslıqla yanaşır və müştəri məmnunluğunun təmin edilməsi üçün məsələnin həllinə çalışır. Bu məsələ münasibətlərimizdə müsbət əməkdaşlıq təcrübəsi formalaşmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə də müzakirə edilib. Konstruktiv yanaşma nəticəsində problemin həllinə nail olundu. Bundan sonra 01.07.2021-ci il tarixindən etibarən tikinti obyektlərinin qazlaşdırılması ilə əlaqədar müraciət edən MTK-lara veriləcək texniki şərtlərdə qaz sayğaclarının əvəzsiz olaraq quraşdırılması öhdəliyi qaz paylayıcısının üzərinə qoyulur.

Beləliklə, kommersiya marağını güdən qarşı tərəfin (MTK) məişət qaz qurğularını istifadə edən fiziki şəxs (istehlakçı) qismində çıxış etməməsinə baxmayaraq, qiymətlərlə əlaqədar mümkün sui-istifadə, vətəndaşlardan əsassız olaraq əlavə pulların tələb edilməsi hallarının qarşısının alınması, eləcə də qaz təchizatı sahəsində kommunal xidmətlər təqdim edən dövlət müəssisəsinin fəaliyyətinin daha şəffaf və səmərəli təşkil olunması, əhali tərəfindən qaz

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Həm xərçəngdən qoruyur, həm də gəncləşdirir

Next

Dövləti soyanlar və söyənlər – FOTOLAR

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv