“Ağdamı görəndə adamın ürəyi ağrıyır”
İnanıram ki, işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün məscidlərimiz, məbədlərimiz, evlərimiz ziyarətgahlarımız, qəbirlərimiz bərpa olunacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
Paşazadə bildirib kİ, Ağdamı görəndə adamın ürəyi ağrıyır: “O yerləri o cür, dağıdılmış halda görmək adama təsir edir. Prezident həzrətləri bütün çıxışlarında buyurur ki, biz o yerləri bərpa edəcəyik. Tezliklə biz dədə-baba torpaqlarımıza qayıdacağıq”.

