Gündəm Manset 

“Aran Media” qəzetinin kollektivi mətbuat günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edir

Qələmi ilə millətimizin xoşbəxt gələcəyinə imza atan bütün həmkarlarım, bayramınız mübarək!

Azərbaycan mətbuatı milli təfəkkürün, bütövlükdə ictimai şüurun formalaşması müstəvisində zəngin və şərəfli bir tarixi özündə ehtiva edir. Böyük  mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə şərəfli və çətin bir yol başlayan Azərbaycan mətbuatı zaman-zaman inkişaf edərək milli dövlətçiliyimizin inkişafında, mətbuat tariximizdə qarşıda duran bütün imtahanlardan daim üzüağ çıxmışdır. Belə bir şərəfli yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızbu gün də dərin hörmət hissi ilə yad edilir, onların xatirələri dövlətimiz və xalqımız tərəfindən layiqincə qiymətləndirilir.

Xüsusilə,qeyd etmək lazımdır ki, sovet dövrünündəki məlum senzuraya rəgmən,Azərbaycan mətbuatı qarşısında duran başlıca missiyasını şərəflə yerinə yetirərək söz azadlığının qorunub saxlanılmasında, maarifçi düşüncənin genişlənməsində, o cümlədən milli-mədəni inkişafın təmin olunmasında tarixi bir inkişaf yolu keçmişdir.Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan mətbuatı da yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Belə ki, ölkədə mövcud olan mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya və radiolar yaradıldı. Qeyd olunan tendensiyabu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməklə mətbuatın inkişafına hər cür şərait yaradılır. Hazırda,respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik sürətlə  inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Dünyada gedən qloballaşma, inteqrasiya prosesi mətbuatdan da yan ötməyib. Xüsusilə qeyd etmək lazımdır ki, günümüzdə yüzlərlə azərbaycanlı jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunmuş peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Nəticə etibarilə, davam edən bu proseslər Azərbaycanda mətbuatın inkişafına, bütövlükdə KİV-lərin yeni bir müsbət konteksdə istiqamətlənməsinə rəvac verir.

“Aran Media” qəzeti olaraq bizdə bütün həmkarlarımızı milli mətbuat günü münüsibətilə təbrik edir, onlara bu şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq. İnanırıq ki, hər bir mətbuat nümayəndəsi dövlətçilik tariximizin əbədiliyinin təmin olunması istiqamətində bu missiyanı hər daim şərəflə daşıyacaq, söz azadlığının var olması müstəvisində keçmişdən gələn müqəddəs ənənəyə sadiqlik nümayiş etdirəcəklər. Öz qələmi ilə millətimizin xoşbəxt gələcəyinə imza atan bütün həmkarlarım, bayramınız mübarək!

Şeyda Əzizova

“Aran Media” qəzetinin baş redaktoru

Daha çox xəbərlər