Kriminal 

Bərdədə velosiped oğrusu saxlanıldı-VIDEO

Bir qrup rayon sakini Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evdən və avtomobildən oğurluq edilməsi barədə məlumatlar veriblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev saxlanılıb. Araşdırmalarla onun 2 ədəd velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurub.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər