Sosial 

TƏBİB-in çağrı mərkəzi yaradılır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir.

ARANTV.AZ  xəbər verir ki, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı deyib.

O bildirib ki, pandemiya dövründə psixoloji dəstək üçün 1542 Psixoloji Dəstək Xətti vasitəsilə 1 122 şəxs müraciət edib: “Onlardan 459-u koronavirus xəstələri olub. Sərt karantin dövründə əsəbilik və gərginliklə bağlı müraciətlər daha çox olub. Bundan başqa ailədaxili münasibətlər, depressiv vəziyyətlə bağlı da çox müraciət olurdu.

Bundan başqa ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib”.

Daha çox xəbərlər