Moskva ətrafında təyyarə qəzaya uğradı: yaralılar var

Moskva ətrafındakı Serpuxov rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, bu barədə Föqəladə Hallar Xidmətindən məlumat verilib.

“İlkin məlumata əsasən, yüngül mühərrikli təyyarə-amfibiya Drakino aerodromunda yerə düşüb”, – qeyd olunub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Qəzanın səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir