Fransada insanlara atəş açan şəxsin meyiti tapıldı
Fransanın Korsika adasının Bastiya şəhərində ətrafdakılara atəş açan şəxsin meyiti tapılıb.
ARANTV.AZ report-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner özünün “Twitter” səhifəsində yazıb.
“RAID (xüsusi təyinatlı polis-red) əməliyyat keçirdi. Atəş açan şəxs ölü tapılıb”, – Kastaner bildirib.
Nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarına və xilasedicilərə təşəkkür edib.
Qeyd edək ki, hadisə zamanı 6 nəfər yaralanıb. BFM telekanalı polisdəki mənbəyə istinadən atışma zamanı 1 nəfərin öldüyünü xəbər verib.

