Dünya 

Çavuşoğlu: “Rusiya buna qarşı deyil…”

Rusiya Türkiyə tərəfindən Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına qarşı deyil.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bununla belə, həmin məsələ ilə bağlı Türkiyə və ABŞ arasında böyük qeyri-müəyyənlik var.

Xatırladaq ki, Suriyanın şimalında təhlükəsizlik zonası özündə Suriya-Türkiyə sərhədi boyunca 460 km uzunluğunda ərazini birləşdirir.

Daha çox xəbərlər