YAP-a üzv millət vəkilləri ilə görüş keçirilib
ARANTV.AZ xəbər verir ki, ötən il regionların sosial-iqtisadi inkişafında ən uğurlu illərdən biri olub. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi- sədr müavini Əli Əhmədov partiyaya üzv olan millət vəkilləri ilə görüşdə belə deyib. Bildirib ki, son 15 ildə yoxsulluğun səviyyəsi 10 dəfədən aşağı düşüb, eləcə də iqtisadi artım 3 dəfədən çox yüksəlib. Əli Əhmədov onu da vurğulayıb ki, partiyanın fəal üzvləri olan deputatlar həyata keçirilən strategiyada yaxından iştirak edirlər. Onlar Yeni Azərbaycan Partiyası ilə seçicilər arasında körpü rolunu oynayırlar və partiyanın siyasətini daha geniş təbliğ edirlər. Görüşdə ötən il əldə olunan naliyyətlər, o cümlədən, bu il ərzində reallaşdırılacaq layihələr, strategiya ətrafında müzakirələr aparılıb.

