Siyasət 

Oqtay Əsədov deputatlara irad tutdu: Səsvermədə iştirak etmirsiniz

Bu gün Milli Məclisin növbəti – 2019-cu il yaz sessiyası öz işinə başlayıb.

ARANTV.AZ xəbər verir ki, spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Milli Məclis prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti yüksək səviyyədə müdafiə edib:

“Belə ki, qanunvericilik bazası möhkəmləndirilib. Hesab edirəm ki, yaz sessiyası da məhsuldar və səmərəli olacaq”.

O bildirib ki, bir çox qanun layihələri, o cümlədən, baş nazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatı dinləniləcək.

Qeyd edək ki, spiker iclasın elə ilk başlanğıcında deputatlara iradını bildirib:

“Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.oxu.az

Daha çox xəbərlər