Nazir: “Azərbaycan gəncləri bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşib”
“Azərbaycan gəncləri bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşib”.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, Azərbaycan gənclərinin inkişafı üçün ölkə rəhbərliyi tərəfindən kifayət qədər əlverişli şərait yaradılıb:
“Bu gün Azərbaycan gəncliyinin bayramıdır. 1993-cü ilin sentyabr ayında Ulu öndərimiz Heydər Əliyev ilk görüşünü məhz gənclərlə keçirib. 1994-cü ildə isə Gənclər və İdman Nazirliyi təsis olunub. Bu, gənclər siyasətinin başlanğıcı idi”.
Nazir qeyd edib ki, bu gün gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər: “Bizim gənclərimiz həqiqətən də Azərbaycanın firavan gələcəyinə inanırlar”.

