Hadisə 

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü

ANAMA-nın əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Ağdamın işğaldan azad ola Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.

Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Daha çox xəbərlər