Hadisə 

Balakəndə narkotacir tutuldu

Balakən sakinlərindən narkotik götürülüb.

ARANTV.AZ  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildiriblər ki, daxil olmuş məlumat əsasında Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Digər bir əməliyyat tədbiri nəticəsində isə Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kaltayevin üzərinə şəxsi axtarış keçirilən zaman kağız bükümdə çəkisi 6 qrama yaxın marixuana aşkar edilib və maddi sübut kimi götürülüb.

Daha çox xəbərlər