İranda terror hücumu: ölən və yaralananlar var
Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qərargahının İctimai əlaqələr şöbəsindən “Mehr” informasiya agentliyinə bildirilib.
Məlumata əsasən terrorçuların bazaya hücumu nəticəsində “Sepah”ın bir nümayəndəsi ölüb, 5 nəfər yaralanıb.

