Dünya 

Rusiyada qəzaya uğramış helikopter 110 metr dərinlikdə tapılıb

Rusiyanın Kamçatka yarımadasında ötən gün qəzaya uğramış helikopter 110 metr dərinlikdə aşkar edilib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, helikopterin quyruq hissəsinin qırıldığı, qalan korpsunun tam vəziyyətdə qaldığı bildirilib.

Hazırda helikiopterin suyun altından çıxarılması üçün hazırlıqlar aparılır.

Xatırladaq ki, ötən gün səhər saatlarında Kamçatkanın Kronotsk qoruğu ərazisində turistlərin olduğu helikopter qəzaya uğramışdı.

Qəza nəticəsində 8 nəfər ölüb. Helikopterdə 13 sərnişin və 3 heyət üzvü olub

Daha çox xəbərlər