Sosial 

Cənnətdə ilk doğum günü – VİDEO

Vətən müharibəsi şəhidi Vüsal Abbasovun 38 yaşı oldu

ARANTV.AZ Real TV-ə istinadən bildirir ki, bu gün Vətən müharibəsinin daha bir şəhidi – Vüsal Abbasovun doğum günüdür.

Beyləqan rayon Təzəkənd kənd sakini 38 yaşlı şəhidimiz cənəttdə ilk doğum günün qeyd edir. Ailə üzvləri, övladları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri rayonda onun uyuduğu Şəhidlər xiyabanına gəlib, məzarını ziyarət ediblər.

Şəhidimizin həyat yoldaşı Nuranə Abbasova deyir ki, Vüsal Abbasovla fəxr edir. Vüsal o qədər vətənə qanı, canl ilə bağlı idi ki, döyüşə gedəndə belə şəhid olacağını bilirdi.

38 yaşlı şəhidimiz müddətdən artıq hərbi quluqçu olub. Valideynlər deyir ki, orta məktəbi başa vurandan sonra hərbi xidmətə gedib. Vüsal hərbini o qədər sevirdi ki, 8 il , yəni müddətdən artıq qulluq edib. 2016-cı ildə aprel döyüçləromdə xüsusi fəallıq göstərib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Vüsal da döyüşlərə atılır. Ölümün gözünə dik baxaraq düşmənin üzərinə gedir. Sentyabrın 30-da Füzuli istiqamətində gedən döyüşlərdə Vüsal şəhidlik zirvəsinə ucaldı.

Şəhidimizin ən böyük arzusu Vətən torpağını yağılardan xilas etmək idi. Vüsal arzusuna çatdı. İndi odan geriyə 2 oğlu Vətənə əmanət qalıb.

Vətən müharibəsində göstərdiyi xidmətə görə, Vüsal Abbasov “Qarabağ”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına” görə medalları ilə təltif edilib.

 

Daha çox xəbərlər