Günəşdə maqnit qasırğası olacaq

Rusiyanın bir qrup alimi 1 fevral tarixində günəşdə baş verən maqnit qasırğasının 20 fevral tarixində təkrarlanacağını proqnoz edib.

ARANTV.AZ xəbər verir ki, bu barədə rəsmi məlumat yayılıb.

1 fevral tarixində baş verən maqnit qasırğası gecə saatlarına təsadüf edib:

“5 ballıq şkala üzrə dəyərləndirsək, maqnit qasırğası 1 bal gücündə olub və geomaqnit vəziyyətin dəyişməsinə, peyklərin fəaliyyətində dəyişikliyə səbəb ola bilməz. Sutka ərzində bir neçə dəfə maqnit sahəsinin dəyişikliyini görmək olar. Amma qasırğaya çevrilmə ehtimalı çox azdır”.


Ölkə.Az