Region Xəbərləri Təhsil 

Bərdədə yeni məktəblər tikilir VİDEO

Bərdədə yeni məktəb binaları tikilir.

ARANTV.AZ xəbər verir ki, yeni məktəb binalarının tikilməsi ilə minlərlə şagirdin təhsil şəraiti yaxşılaşdırılacaq.

Bərdənin Nəriman Nərimanov adına 3 saylı tam orta məktəbində mindən çox şagird təhsil alacaq. 3 mərtəbədən ibarət olan təhsil ocağı ümumilikdə 50-yə yaxın  otaqdan ibarət olacaq. Həmçinin məktəbdə kitabxana, yeməkxana, akt zalı və fənn laboratoriyaları da fəaliyyət göstərəcək. Məktəbdə idman zalı da tikilib. Bir sözlə, binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılır. Hazırda həyəti də abadlaşdırılan məktəb yeni dərs ilində istifadəyə veriləcək.

Daha bir məktəb binasının tikintisi rayonun Qaradəmirci kəndində aparılır.

Kənd tam orta məktəbi üçün inşa edilən 624 şagird yerlik yeni binada son tamamlama işləri görülür. Məktəb binası Təhsil Nazirliyinin sifarişi ilə inşa edilib. Üç mərtəbədən ibarət binanın ümumi tikinti sahəsi 2700 kvadratmetrdir. Məktəbdə 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, əmək təlimi, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və havalandırma sistemləri ilə təmin edilib.

Məktəbin həyətində qazanxana, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları tikilib.

Qeyd edək ki, 1980 – cı illərdə inşa edilmiş binada 1990-cı illərin əvvəllərində qaçqın və məcburi köçkünlər məskunlaşdığından 25 ilə yaxın dövrdə təhsil ocağı uyğunlaşdırılmış siniflərdə fəaliyyət göstərib. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi təhsilini davam etdirib. Çətinliklərə baxmayaraq, məktəbin uğurları çox olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Daha çox xəbərlər