İdman Region Xəbərləri 

«Bərdə​ ​ gəncləri​ ​ ekoloji aksiya keçirdilər»

16 avqust 2021-ci il tarixdə Bərdə şəhər ərazisində yerləşən Xan meşəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin təşəbbüsü, Gənclər və İdman İdarəsinin,Dövlət İdarəetmə və Texnologiya kollecinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc əməkdaşlarının və könüllülərinin iştirakı ilə “Meşələrimizi məişət tullantılarından qoruyaq” şüarı altında ekoloji aksiya keçirilmişdir. Aksiyada 30 gənc iştirak etmişdir. Meşənin müəyyən edilmiş ərazisi məişət tullantılarından təmizlənmışdır.Ekoloji aksiyaların​ ilboyu keçirilməsi nəzərdə tutulmuşdur.

Daha çox xəbərlər