Gündəm 

Sosial şəbəkə vasitəsilə ölkəmizə qarşı aparılan təhqir, böhtan kampaniyasına son qoyulması üçün hüququ baza təkmilləşdirilməlidir

ARANTV.AZ xəbər verir ki, “Son zamanlar sosial şəbəkə vasitəsilə ölkəmizə qarşı aparılan təhqir, böhtan kampaniyasına son qoyulması üçün hüquqi bazanın təkmilləşdirilməsi vacibdir”. Milli Məclisin Müdafiə,Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin iclasında bununla bağlı müzakirələr aparılıb. İclasda “Xəzər dənizində təhlükəsizlk sahəsində əməkdaşlıq haqqında” Sazişə dair 3 protokol və “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiqlənməsi məsələsi müzakirə olunub.

Son zamanlar dövlətimizə və xalqımıza  qarşı sosial şəbəkələrdə yer alan təhqir və böhtanalara son qoymaq üçün hüquqi baza möhkəmləndirilməli, qanunvericilyə sərt sanksiyaların tətbiqini nəzərdə tutan maddələr əlavə olunmalıdır. Deputatlar Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin iclasında bu təkliflərlə çıxış etdilər. Qeyd olundu ki, bu cür mənəvi terrorlar cəmiyyət üçün fiziki terrordan da qorxulu və təhlükəlidir. 

Qaldırılan məsələni millət vəkilləri Fərəc Quliyev, Adil Əliyev, Aqil Abbas və  Bəxtiyar Sadıqov da dəstəklədi. Deputatlar beynəlxalq qurumların ikili standartlarına da etirazlarını bildirdilər.

İclasda “Xəzər dənizində təhlükəsizlk sahəsində əməkdaşlıq haqqında” Sazişə dair 3 protokol və “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişə dair müzakirələr aparıldı. Milli Məclis sədrinin birinci müavini, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov xatırlatdı ki, 2018-ci ilin avqustunda aparılan uzunmüddətli danışıqlardan sonra Xəzəryanı ölkələr arasında Xəzər dənizinin statusu ilə bağlı tarixi əhəmiyyətə malik Konvensiya imzalanıb. Bu, Azərbaycanın və dövlət başçısının xarici siyasətinin tarixi qələbəsidir. Sözügedən sənədlər də bu konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir və Azərbaycanın milli maraqlarına tam cavab verir. Müzakirələr zamanı millət vəkilləri sənədlərin təsdiqini məqbul saydılar.

Daha çox xəbərlər