Məcburi köçkünlər üçün tikilən mənzillərin püşkü atılıb
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, indiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınaraq 300 minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülüb. Sumqayıt şəhərində uzun illərdən bəri qəzalı bina və tikililərdə məskunlaşan köçkünlərin Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksindəki mənzillərə köçürülməsinə də başlanılıb. Bütün lazımi şəraitlə təmin edilən mənzillərin yeni sahibləri isə püşkatma nəticəsində məlum olub.
İndiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb, bu kateqoriyadan olan üç yüz minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülüb. Abşeron rayonu ərazisində tikilən yeni kompleksdə isə mənzillərin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si üçotaqlı və dördotaqlıdı mənzillərdir. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşələri, uşaq meydançası da tikilib. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.

