Dünya 

Əfqanıstanda NBM-ə hücum: 38 ölü

Əfqanıstanın şimal-şərqindəki Bağlan vilayətində radikal “Taliban” hərəkatının silahlılarının nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı azı 10 polis ölüb.

ARANTV.AZ report-a istinadən bildirir ki, hadisə dünən gecə baş verib.

Daha 28 təhlükəsizlik qüvvələri əməkdaşı isə “talib”lərin Kunduz vilayətində həyata keçirdiyi hücum nəticəsində həlak olublar. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə daha əvvəl ölkənin kənd ərazilərinin böyük hissəsinə nəzarət edən, indi isə istiqaməti böyük şəhərlərə salan radikal “Taliban” hərəkatının silahlıları arasında qarşıdurma gedir.

Daha çox xəbərlər