Dünya 

Gürcüstanda son sutkada COVID-19-dan 60 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 354 yoluxma halı qeydə alınıb, 60 nəfər ölüb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 517 098, ölənlərin sayı isə 6 821 nəfərə çatıb. Virusa yoluxanlardan 453 488 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər