Gündəm 

Azərbaycan dəmir yolunun Parsabada birləşdirilməsi gündəmdədir

Azərbaycanın dəmir yolunun İranın Ərdəbil vilayəti Parsabad rayonuna (Şəhristan) birləşdirilməsi istiqamətində Azərbaycan rəsmiləri ilə razılığa gəlinib.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu İranın şimal-şərqində yerləşən Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Ə.Behnamcunun sözlərinə görə, Azərbaycan dəmir yolunun Ərdəbilin Parsabad rayonuna birləşdirilməsi üçün təxminən 500 hektar ərazi ayrılması nəzərdə tutulub.

Ərdəbil-Parsabad dəmir yolunun çəkilməsi üzrə araşdırmaların 7 ay davam edəcəyini deyən vali qeyd edib ki, vəsaitin təmin olunması üçün lazımi addımlar atılıb və Ərdəbil-Parsabad dəmir yolu layihəsinin 4-5 il ərzində çəkilməsinə səy göstərilir.

Daha çox xəbərlər