Hadisə 

Şamaxıda 79 yaşlı qadın intihar etdi

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, Şamaxı şəhər sakini, 1942-ci il təvəllüdlü İsmayılova Atlaz Şahbala qızı özünü rayon ərazisində yerləşən Kür-Araz adlanan gölə ataraq intihar edib. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Ahıl yaşlı qadının özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər