Azərbaycan Almaniya, Kanada, Fransa kimi ölkələri geridə qoydu, yaxud görəsən, olimpiyaçılarımızı təhqir edən “5-ci kolon” indi utanırmı?
Azərbaycanın paralimpiyaçıları Tokioda 3 qızıl və 2 bürünc medal qazanıblar. Bununla da Azərbaycan ilk onluğa daxil olub. Azərbaycan Almaniya, Kanada, Fransa, Yunanıstan kimi ölkələri geridə qoyub. Əlbəttə ki, bu, hələki yarışın ilk mərhələsidir. Əminəm ki, davamı da olacaq. Heç şübhəsiz ki, olimpiyaçılarımızdan sonra paralimpiyaçılarımızın da uğurlu çıxışı bir daha Azərbaycan idmanının inkişafının göstəricisidir…
Bəs, görəsən, olimpiya oyunları zamanı Azərbaycan idmançılarını, dövlətin idman siyasətini, hətta, idman ictimaiyyətimizi təhqir edən “5-ci kolon”, onun başında duran trolbaşı Əli Kərimli, Tofiq Yaqublue, Seymur Həzi, Sevinc Osmanqızı, Qənimət Zahid kimilər indi utanırlarmı? Xəcalət çəkirlərmi ki, idmançılarımızın ünvanına, dövlətin idman siyasətinə təhqir yağdırırdılar? İndi Azərbaycan idmanının inkişafını və gücünü, qüdrətini görürlərmi? Onlar özlərində cürət toplayıb idmançılarımızı təbrik edəcəklərmi?
Bir xüsusi qeydi də Əli Kərimli üçün edirəm. Trolbaşı iddia edirdi ki, guya azadlıq, demokratiya olmayan ölkələrin idmançıları zəif nəticə göstərirlər. Əli Kərimlinin “məntiqi”ndən çıxış etsək, o zaman Almaniya, Kanada, Fransa, Yunanıstan, Litva, Polşa və başqa nəticəsi çox zəif olan Avropa ölkələri qeyri-azad, qeyri-demokratik ölkələrdir, həmin ölkələrin hökumətləri də korrupsiyaya qurşanıb…
Trolbaşı və qondarma dəstəsi anlamır ki, verilmiş tapşırıq-tezisə əsasən Prezident İlham Əliyevi və Azərbaycanın idman ölkəsi kimi imicini ləkələməyə çalışarkən, kütbeyinlilik edib qrant, ianə mənbələrini vururlar, zərbə altına salırlar. Sonra da şikayətlənirlər ki, onları heç kəs dəstəkləmir…
R.Vaqifoğlu
P.S. Azərbaycan himnini Tokioda səsləndirən, ölkəmizə medal qazandıran, dövlətimizi təmsil edən bütün idmançılarımıza uğurlar arzu edirik…

