Hadisə 

Mikroavtobus “KamAZ”la toqquşdu: 4 yaşlı uşaq ÖLDÜ

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Aşıqalılar kəndində qeydə alınıb.

“Ford” markalı mikroavtobus yol kənarında dayanan “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan 4 yaşlı oğlan ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha əvvəl Beyləqan rayonunda iki avtomobil toqquşub.

 

Daha çox xəbərlər