Tacir Şahmalıoğlu 30 il sonra arzusuna çatdı – VİDEO
Müğənni Tacir Şahmalıoğlu da Şuşaya yollanıb.
ARANTV.AZ Axşam.az-a istinadən xəbər verir ki, sənətçi orada “Qarabağ” mahnısını oxuyub.
Tacir “Şuşada arzu etdiyim əhdimə çatdım.Sevincimin həddi-hüdudu yoxdur. Çünki ana ocağımda həmin “Bayatı şiraz”ı oxuduğum daşın üstünə ayaq basdım, öpdüm, bağrıma basdım. 30 ildir bu dəqiqəni gözləyirdim. Şuşa sözünün burada yazırmasını gözləyirdim” deyə, bildirib.

