Dövlət qulluğunda inzibati vəzifələrə qəbul üzrə növbəti test imtahanı keçiriləcək
ARANTV.AZ xəbər verir ki, Dövlət qulluğunda inzibati vəzifələrə qəbul üzrə növbəti test imtahanı keçiriləcək. Fevralın 17-də Bakı şəhərində təşkil olunacaq imtahanda iştirak etmək üçün BA qrupu üzrə 456, BB qrupu üzrə 142, ümumilikdə 1878 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər. Onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barəsində akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

