Manset Təhsil 

İngilis dilini layihə əsaslı təlimlə öyrədək

25 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş” İngilis dilini layihə əsaslı təlimlə öyrədək ” layihəsinin açılış mərasimi oldu.Açılışda layihənin rəhbəri, təlimçisi,eksperti çıxış etdilər.Layihə rəhbəri Tofiqə Məmmədova layihəni təqdim etdi.Açılış mərasimində Bərdə Rayon Təhsil Şöbəsinin Metodkabinet rəhbəri Xuraman Qurbanova, İngilis dili üzrə metodist Afət Musayeva iştirak etdilər.Layihədə iştirak etmək üçün seçilmiş müəllimlər onları maraqlandıran suallarla müraciət etdilər. Bu layihə Bərdə şəhər Milli Qəhrəman EIgiz Kərimov adına 4nömrəli tam orta məktəbin direktoru Tofiqə Məmmədovanın qalib olduğu üçüncü layihədir.Layihədə Bərdə rayonunda yerləşən yerli və məcburi köçkün məktəblərində çalışan 30 nəfər İngilis dili müəllimi İngilis dilini layihə əsaslı təlimlə öyrətmək yollarını öyrənəcəklər. Biz əminik ki, bu layihə də təhsilimizin inkişafı üçün çox faydalı olacaq və layihə iştirakçıları yeni metodlar və innovasiyalar öyrənəcəklər.

Daha çox xəbərlər