Sosial 

Polad Həşimovun qisası niyyəti ilə 7 ermənini partlatdı – Şəhid Tahirin VİDEOSU

44 günlük Vətən müharibəsində bir çox igidlərimiz şəhid oldu. Onların hərəsinin öz həyat yolu, öz hekayəsi var. Lakin hər birinin adı tariximizə qızıl hərflərlə yazılıb və heç zaman unudulmayacaq.

Sonxeber.az bu dəfə oxuculara həmin qəhrəmanlardan biri olan şəhid Tahir Qasımzadədən danışacaq.

Tahir Qasımzadə 31 oktyabr 2001-ci il tarixində Suraxanı rayonunda dünyaya gəlib. Nənə və babası ilə yaşayan Tahir əslən Zəngilanlıdır.

Əsgərlik dövründə general-mayor Polad Həşimovla görüş keçirilərkən Tahir də orada olub. Daha sonra iyul döyüşləri zamanı Polad Həşimovun şəhid olduğu xəbəri ilə sarsılan və qisas almaq eşqinə düşən Tahir iyul döyüşlərində 4 ermənini məhv edib.

O, 44 günlük Vətən müharibəsi başlayarkən əsgərlikdə olub və yenidən döyüşlərdə iştirak edib. Kəlbəcər istiqamətində irəliləyərkən erməni postunu görən Tahir komandirindən və döyüş yoldaşlarından dayanmağı xahiş edib. O, şəhid olmaq istədiyini dilə gətirib.

Daha sonra Qasımzadə posta təkbaşına daxil olaraq qumbara vasitəsilə 7 erməni ilə bərabər özünü partdadıb.

Tahirin şəhid Polad Həşimovla görüşü zamanı xatirələrindən danışdığı videogörüntüləri təqdim edirik:

Daha çox xəbərlər