Yaralandığı zaman yanındakı dostlarına deyir: Mən həmişə ailəmə, ata-anama baş ucalığı gətirmişəm
1988-ci ildən bəri xain, xəyanətkar, mənfur düşmənimiz Ermənistan ölkəmizə qarşı amansız müharibə elan edib. Qadına,uşağa,qocaya baxmadan soydaşlarımızı qələ yetiriblər. Türk deyə xalqımıza qarşı bəşəriyyətin ən qəddar cinayətlərini həyata keçiriblər. Xocalı kimi dəhşətli soyqrıma imza atıblar.
I Qarabağ müharibəsinin sonunda Qarabağın dağlıq hissəsi ilə yanaşı 7 rayonumuzu ələ keçirən ermənilərlə atəşkəs bağlanıb. Ancaq, əfsuslar ki, 1994-cü ildən bəri atəşkəs sənəd üzərində qalıb. Ermənistan beynəlxalq hüququn tələblərinə əməl etmir. Atəşkəsi mütəmadi olaraq pozur, hərbçilərimizlə yanaşı mülki sakinlərimizi snayperlərin hədəfinə alırdı.Böyüklər , körpələr daim səksəkə içində yaşayırdılar.
Bu illərdə neçə- neçə igid oğullarımız torpaq uğrunda canlarını qurban verdilər, düşmənə sipər oldular. Mənfur ermənilər min cür hiylə işlədərək həmvətənlərimizin başına olmazın müsibətini gətirdilər. Öz doğma torpaqlarından didərgin saldılar.Cəlladlar murdar ayaqları ilə 30 ilə yaxın torpaqlarımızı murdarladılar.
Həmin şəhidlərimizin, qazilərimizin, vətəndən məcburi qaçqın düşmüş soydaşlarımızın dünyaya gələn körpələri bir əqidə, bir amal uğrunda böyüyürdülər. Düşmənə nifrət, tapdanmış torpaqlarımızı son qarışınadək geri qaytarmaq. O, oğullar böyüdülər artıq səbir kasası dolmuş gənclərimiz bu vətənsiz yaşamağı özlərinə sığışdırmadılar. Hər an prezidentin hücum əmrini gözləyirdilər və o an yetişəndə hücum əmri verildi.
Atalar , analar öz oğullarını xeyir dua ilə yola salıb , gedin torpaqlarımızı yağı düşməndən geri qaytarın!-dedi. Əzizlərimiz, doğmalarımızla danışdıqda deyirdilər ki, son qələbəyə kimi gedəciyik, öləcəyik , ancaq geri dönməyəcəyik. Biz şəhid olsaq, yerimizə başqa qoşun gələcək. Elə də oldu.
27 sentyabrdan hər gün neçə neçə evlərə şəhid xəbəri gəldi .Lakin, dayanmadılar, geri çəkilmədilər. Düşmən gözləmədiyi həmlələrlə qarşılaşdıqda qorxudan vahiməyə düşdülər.Əsgərlərimiz hər bir rayon uğrunda döyüşə girəndə Xocalıdakı insanların, günahsız qocaların , körpələrin, cavan gəlinlərin başına açılan müsibətləri gözləri önünə gətirib intiqam, qisas hissi ilə düşməni məhv edə- edə irəli gedirdilər. Belə həyacanlı müharibəni ilk günlərdə Bərdə ilk şəhidinin Turqut Fikrət oğlu Zeynalovu qarşıladı.Neytral ərazidə qalan Turqutu 4 saatdan sonra əsgərlərimiz çıxarıb.
Getdikcə şəhidlərimizin yaralılarımızın sayı artır, hospitala gələn yüngül yaralılar,sarğı qoyulandan sonra yenidən cəbhəyə yolanırdılar. Bax bu şücaət rəşadət ,cəsarətin sayəsində o dilbər guşələrimiz, geri özümüzə qaytarıldı.
Bütün şəhidlərimiz haqqında nə qədər danışsaq , yazsaq yenə də azdır .Daha bir igid oğlumuz Rzayev Ceyhun İsmayıl oğlu qələbəyə 11 saat qalmış Şuşaya daxil olub, demək olar ki, erməni terorçularına divan tutmağa başlayıb.Cəsarətiylə sona qədər vuruşan Ceyhun iki gün ermənilərə canlı itki verib. Sonda namərd düşmən gülləsinə tuş gələn Ceyhun Laçın həsrətiynən torpaq uğrunda qəhrəmancasına şəhid olur.Vətən üçün doğulan Ceyhun Vətən uğrunda canını fəda edir.
Ölümündən sonra cibindən Qarabağ Laçın , Azərbaycan , yazılan vərəqi və bayraq şəkili çıxıb . Yaralandığı zaman yanındakı dostlarına deyir: Mən həmişə ailəmə, ata-anama baş ucalığı gətirmişəm .Heç vaxt atam mənə görə kiminsə qarşısında xəcalət çəkməyib. İndi isə ömürlük ailəmin qürur yeri oldum, daim mənimlə fəxr edəcəklər.
Bəli , nəinki ailəsi , bütün Azərbaycan Ceyhunla , onun kimi qəhrəman, idid oğullarımızla qürur duyur. Şəhidlərimizin adı qəlbimizdə daim yaşayacaq Gələcək nəsillərə ötürüləcək.
Bərdə Regional Mədəniyyət İdarəsinin MKS-nin 2 nömrəli şəhər kitabxana filialının müdri Cəfərova Nərgiz.

