Nazir xəstə heyvanlardan danışdı, şirkətin adını yenə də AÇIQLAMADI
Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihə qalibi olan və təssərrüfata sahib işsiz vətəndaşlara ailəsini dolandırmaq üçün heyvanlar verib. Amma bir çox rayonlarda bu proqramın icrasında xoşagəlməz hallara rast gəlinir və Unikal.org sayıtına bununla bağlı çoxsaylı müraciətlər daxil olur.
ARANTV.AZ xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev mətbuata açıqlama verib.
S.Babayev “özünüməşğulluq proqramı”nın icrası çərçivəsində rayonlarda bu proqramın icrasında ciddi xoşagəlməz hallara rast gəlinmədiyini deyib:
“Ciddi problemlərinin olması ilə bağlı deyilənlərlə razı deyiləm. Bu sahədə ciddi narazılıq yoxdur. Bugünədək iri və xırda buynuzlu 30 min baş heyvan paylanılıb. Proqramın icrası başlayan gündən bugündək gələn bütün müraciətlərin araşdırılması nəticəsində 1 faizdən aşağı heyvanlar dəyişdirilib. Yəni 1 faizə görə, 99 faizə qarşı ciddi narazılıq demək yanlışlıqdı. İkincisi əksəriyyəti 2-3 ay sonra təqdim olunan müraciətlərdir. Bunların hər birinə dair məlumatları təqdim edirik. Bu vətəndaşlara heyvanlar təqdim ediləndə onlar öz imzası ilə təsdiq edir ki, keyfiyyətdən razıdır. İkincisi müvafiq baytar arayışları təqdim edilir. Gələn bütün müraciətlərlə bağlı biz görütüləri də təqdim edirik. Bir şirkətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işi satınalma qanunvericiliyinə uyğun olaraq imzalayıb. Şirkətə ödənişlər vətəndaşların yalnız imzaladığı aktlar əsasında verilir”.
Nazir həmçinin heyvanları avadanlıq adlandıraraq qiymətini də açıqlayıb: “Region üzrə heç bir halda 30 min baş heyvan eyni səviyədə olan hansısa avadanlıq kimi, standarta uyğun verilə bilməz! Qiymətə gəldikdə isə ora doğru və düzgün məlumat verəsiz. Heyvanlar indiyənə kimi, alınan heyvanların hər birindən aşağıdır. Nəyə görə 5 min manat söhbəti deyilir? İmzalanmış müqavilə üzrə bütün vergilər, digər ödənişlər daxil olmaqla 1800 manatdan yuxarı deyil. Vergilər və digər ödənişlər çıxılanda təxminən 1300-1400 manata alınan heyvanlardır. İmzalanmış müqavilə də bu rəqəmlər üzərindədir. Heç bir podraçı şirkətə və ya digərinə yüksək rəqəm də ödənilməmişdir”. big.az

