Yük maşını piyadanı vurdu
Ucarda ağır yol qəzası olub.
ARANTV.AZ xəbər verir ki, hadisə Ucar rayonunun Qarabörk kəndi ərazisində qeydə alınıb. Şəki rayon sakini Cavanşir Məmmədov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
İdarəetməni itirən yük maşını daha sonra Türkiyə vətəndaşı Fateh Mehmet Kurtoğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ölkə.Az

