Bakıda “Davamlı inkişafın sosial-iqtisadi problemləri” adlı beynəlxalq konfrans keçirlir
ARANTV.AZ xəbər verir ki, Bakıda “Davamlı inkişafın sosial-iqtisadi problemləri” adlı beynəlxalq konfrans keçirilib. UNEC-in elm və innovasiyalar üzrə prorektoru Sakit Yaqubov davamlı inkişafın sosial-iqtisadi problemlər kontekstində aktual çağırış olduğunu bildirib. Əvvəllki konfranslar Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. Dövlət İqtisad Universitetinin və İqtisadi sosial İnkişaf Təşkilatının birgə keçirdiyi 37-ci konfransda dünyanın 16 ölkəsindən ali məktəb təmsilçiləri işitirak edir.

