Dünya 

Saakaşvilinin saxlanılması görüntüləri yayıldı – VİDEO

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Tbilisidə saxlanılmasının görüntüləri yayılıb.

Kadrlarda M.Saakaşvilinin hüquq-mühafizə orqanları əməkdaşları ona yaxınlaşan zaman nahar etdiyi müşahidə olunur. Əlinə qandal vurulan M.Saakaşvilinin aparılması zamanı polislər tərəfindən zor tətbiq edilməyib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də saxlanılıb. Elə həmin gündən siyasətçi aclıq aksiyasına başlayıb.

Mənbə: “Sputnik Gürcüstan”

Daha çox xəbərlər