Gündəm 

Cari ilin 6 ayında “Şahdəniz” üzrə fəaliyyətlərə 250 milyon dollar əməliyyat, 798 milyon dollar isə əsaslı xərclər sərf olunub

ARANTV.AZ xəbər verir ki, Cari ilin birinci yarısında “Şahdəniz” yatağından 5 milyard kubmetr təbii qaz və 1 milyon 100 min ton kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 32 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard 900 milyon kubmetrdir. “Şahdəniz” yatağı Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına etibarlı şəkildə qaz çatdırılmasına davam edib. Yanvar-iyun aylarında “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 250 milyon dollar əməliyyat və 798 milyon dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.

Daha çox xəbərlər

Leave a Comment