“Baku-Oxford School”un şagirdlərində koronavirus aşkarlanıb, lakin siniflər bağlanmır…
Paytaxtdakı özəl məktəblərdən birində – “Baku-Oxford School”da şagirdlər arasında koronavirus yayılıb.
ARANTV.AZ-ın məlumatına görə, COVID-19 infeksiyasının aşkarlanmasına baxmayaraq, məktəb tərəfindən siniflərin bağlanması qərarı verilməyib.
Təkcə oktyabrın 11-də iki şagirdin koronavirus testi pozitiv çıxıb. Həmin şagirdlər evə göndərilsə də, onlarla ünsiyyətdə olmuş digər şagirdlər, habelə müəllimlər karantinə alınmayıb.
Məsələ barədə “Baku-Oxford School” ilə əlaqə saxlamağa çalışsaq da, məktəbdən zənglərə cavab verən olmayıb.

