Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Cənubdan gələn narkotik seli: Coğrafi təsadüf, yoxsa düşünülmüş müdaxilə? – TƏHLİL

By Vüsal Rafiqoğlu
20.10.2021 4 Min Read

Müstəqilliyimiz dövründə narkotik dövriyyəsi Azərbaycanda ən aktual problemlərdən birinə çevrilib. Bir çoxları bunu haqlı olaraq cənub sərhədlərimizin açılması ilə əlaqələndirir. Sirr deyil ki, ölkəyə əsas narkotik idxalçısı İran vətəndaşları və onlarla əlbir olanlardır.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, cari ilin ötən dövrü ərzində cənub sərhədində 681 kiloqram 356 qram narkotik və psixotrop maddə saxlanılıb. Bu rəqəmə sərhəd keçid məntəqələri və gömrük orqanları üzrə məlumatları da əlavə etsək, ortaya daha pis mənzərə çıxır.

Bəs İslam dövləti, şəriət qaydaları ilə yaşayan bir dövlət necə olub ki, böyük narkotik ixracatçısına çevrilib? İran bunun qarşısını ala bilmir, yoxsa bilərəkdən göz yumur?

Hələ onillər öncə sərhədlərin açılması Azərbaycan vətəndaşları üçün də İrana gediş-gəlişi asanlaşdırdı və bir çoxları bundan yararlandı. Cənuba gedən soydaşlarımız orada narkotiklərin ucuz və nisbətən əlçatan olmasından heyrətə düşdü.

Doğrudan da bu ölkədə heroin, morfin, tiryək (xaş-xaş) adlandırılan narkotik maddələr geniş yayılıb. Buna ilk növbədə İranın iqlimi və coğrafi vəziyyəti şərait yaradır. Burada opium laləsinin (xaş-xaş) bitməsi üçün təbii münbit şərait var. Yəqin bu və digər səbəblərə görə ölkə məşhur “Qızıl aypara” narkotik kəmərinə daxildir. Araşdırmalara görə, dünya heroin dövriyyəsinin dörddəbir hissəsi İrandan keçir – bu isə ildə təxminən 105-110 ton narkotik maddə anlamına gəlir. Dövlət rəsmiləri özləri də etiraf edirlər ki, bu rəqəmin ancaq bir faizini ələ keçirmək mümkün olur.

Bundan əlavə, ölkədə güclü təsirə malik olan narkotik – “tiryək” istifadəsi artıq çoxdan ənənəvi hal alıb. Taksilərdə, çayxanalarda və qəlyanxanalarda tiryək, demək olar ki, açıq təklif olunur. Şəhərlərdə 3-5 qram tiryək cəmi 1 dollara satılır. Adambaşına xaş-xaş istifadəsinə görə İran dünyada ilk yeri tutur. Təkcə Tehranda gündə 4 tona qədər tiryək istifadə olunur.

Son 10 il ərzində isə İranda metamfetamin psixotrop maddəsinin istifadəsi geniş vüsət tapıb. Rənginə və görünüşünə görə “şüşə”, “patı” kimi adlandırılan bu maddə sırf kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir və maya dəyəri qəpiklərlə ölçülə bilər.

İranda narkotiklərin yayılmasının ikinci səbəbi ölkədəki sosial vəziyyətin aşağı səviyyədə olmasıdır. Sanksiyalar və qeyri-effektiv idarəetmə bahalaşma, ərzaq çatışmazlığı və işsizliyə gətirib çıxarır. Molla rejiminin tətbiq etdiyi kütləvi qadağalar (məsələn, internet məhdudiyyəti) gənc nəslin ciddi narazılığına səbəb olur. Gələcəyinə ümidsiz baxan gənclər çarəni qanunsuz yollarda tapır.

Faktiki olaraq İran cəmiyyətində iki cür həyat tərzi mövcuddur: Birincisi, “vilayəti-i-faqih” qaydaları ilə (şəriətə əsaslanan siyasi idarəetmə forması), ikincisi – qanunlara riayət etmək pərdəsi altında, rejimin qadağalarından yan ötmək cəhdləri ilə. Bu isə öz növbəsində cəmiyyət səviyyəsində koqnitiv dissonans (psixoloji gərginlik) və ciddi sosial fəsadlara gətirib çıxarır.

Narkotiklərin geniş yayılmasının üçüncü böyük səbəbi ölkədə mövcud olan korrupsiya və hərc-mərclikdir. Yerli məmurlar və sahə müvəkilləri hazırlanan əməliyyatlar haqqında narkomafiyanı əvvəlcədən xəbərdar edir və nəticədə hüquq-mühafizəçiləri istənilən nəticəni əldə edə bilmirlər. Bu da azmış kimi narkotik dövriyyəsinə yüksəkçinli məmurların himayədarlıq etdiyi bildirilir.

Xarici tədqiqatçıların fikrincə, hətta kəşfiyyat orqanları və SEPAH generallarının da bu işdə əli var. Belə olan təqdirdə Azərbaycana cənubdan gələn narkotik axının hara kökləndiyi aydın olur.

Narkotiklər İrandan tək Azərbaycana deyil, regionun digər ölkələrinə də istiqamətləndirilir. Narkotacirlərin son məqsədi Avropa və Rusiya bazarlarıdır. Çünki burada həm istifadəçi sayı, həm də narkotikin qiyməti daha böyükdür.

Narkotiklərin tranziti üçün isə “boz” zonalardan istifadə olunur ki, bunlardan biri də işğal olunmuş ərazilərimizdən keçirdi. Lakin Müzəffər ordumuz Azərbaycan-İran sərhədinə nəzarəti tam geri qaytardıqdan sonra narkotik dövriyyəsinin bu istiqaməti narkotacirlərin və onların himayədarlarının əlindən çıxdı.

Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında xatırladıb ki, Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib:

“Beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutu bağlanıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Narkokuryerlər sərhədin Cəlilabad, Yardımlı, Lerik, Astara rayonlarından keçən hissəsindən istifadə edərək Azərbaycana külli miqdarda narkotik keçirmək cəhdlərini davam edirlər. Onların qarşısını mərd sərhədçilərimiz alır, bəzən həyatları, canları bahasına.

Proseslərin İranın “yuxarı” dairələri tərəfindən idarə olunmasını sübut etmək çətin olsa da, bunun Azərbaycanın zəif olmasını istəyən xarici qüvvələr üçün əlverişli olduğu dəqiqdir. Narkotiklər, gizli fahişəlik hər zaman istənilən cəmiyyətə daxildən sarsıdıcı zərbələr endirir, onun mənəvi dəyərlərini parçalamağa yönəldilir.

Cənubla tarixi bağlarımız, milli, mədəni, dini birliyimiz nəzərə alınsa orada baş verən proseslərin bizə də təsiri qaçılmazdır. Odur ki, özümüzü qorumaq, təsir altına düşməmək, təsiredici qüvvəyə çevrilmək gərəkdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın nüfuzunu qəbul etməyən qüvvələrin təxribatlarının heç bir mənası yoxdur

Next

Keçmiş hakim məhkəmə zalında həbs edildi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv