Sosial 

Murov zirvəsindən şəhidlik zirvəsinə – VİDEO

O, qəhrəman statusunu vətənə olan sevgisi ilə qazandı. Bu sevgi isə onu ən ali zirvəyə – şəhidlik məqamına yüksəltdi.

Söhbət Tovuzun Alakol kəndində doğulan, 26 yaşında şəhadətə ucalan, kəşfiyyatçı əsgər Müşfiq İsmayılzadədən gedir.

İgid döyüşçü 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olması onun yenidən hərbiyə qayıtmasına vəsilə olub. Sənədlərini toplayaraq ordu sıralarına yazılıb və müddətdən artıq hərbi quluqçu kimi xidmətə başlayıb.

Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə düşmən üzərində şücaət göstərib.

Döyüşə qatıldığı ilk gündən bəri baş kəşfiyyatçı kimi ordu sıralarında qulluq edib.

Qeyd edək ki, qəhrəman döyüşçü Müşfiq İsmayılzadə oktyabrın 1-də Murovdağ döyüşləri zamanı 26 yaşında şəhadətə ucalıb.

O, Tovuzun Alakol kəndində dəfn olunub.

 

Daha çox xəbərlər