Yalnış yazılan protokol cərimələrinə qarşı NƏ ETMƏLİ? — VİDEO
ARANTV.AZ xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.
Elməddin Muradlı – Ekpert: “Bunu robot səhv edə bilər. Amma yoxlayan, baxan insandır. Ordakı yol polisi özü buna nəzarət etməlidir axı. Xirda birşeydi əslində, amma vətəndaşlar arasında qınaq yaradır. Orda ola bilərki, kiçik rəqəm və ya hərif səhvi olur”.
Belə eləmentar səhvlər daha çox elektron protokollarda qeydə alınır. Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə il ərzində qeydə alınan inzibati cəza protokollarının sayına görə, səhv yazılan protokollar hədsiz azdır.
Kamran Əliyev – BDYPİ-nin rəsmisi: “İl ərzində 3.6 milyon protokol yazılır. Onlarında 65-i elektrondur. Bu qədər cəriməni protokollarının içəsində 5-10 səhvlik ciddı qəbul edilməməlidir”.
Amma bəzən, belə yalnış yönləndirilən və yazılan protokollarda sürücülərində günahı olur.
Kamran Əliyev BDYPİ-nin rəsmisi: “Bəzən olur ki, sürücü nömrəni qaralayır. Yalandan palçıqlayır, yalan nömrə yazı, belə olan halda radarlar həmin maşını səhv qeydə ala bilər”.
Səhv yazılan və sürücünün günahsızlığını sübut edəcək dəlil olan bütün inzibati protokollarla bağlı avtomobil sahibi ərazi üzrə YPŞ-nə, eləcədə elektron qaydada müaricət edib, bu yalnış qərarı ləğv etdirə bilər. Amma sürücü bunun üçün 20 gün ərzində DYPyə muraciət etməlidir.
Ölkə.Az

