Siyasət 

“Vəkil bu gün məhkəmədə heç kimdir” — Deputat

“Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə nə lüzum var? Onlardan məmur düzəltməyə ehtiyac yoxdur”.

ARANTV.AZ xəbər verir ki, bunu deputat Fazil Mustafa “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinə dəyişikliyin müzakirəsində deyib. Onun sözlərinə görə, vəkilliyə daxil olmanın sayının genişlənməsinə şərait yaradılmır:

“Vəkildən məmur obrazı yaratmağın nə mənası var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər”.


Ölkə.Az

Daha çox xəbərlər