Cəmiyyət 

Nazirlikdən məktəbin qəzalı vəziyyətə düşməsi barədə məlumatlara münasibət

Təhsil Nazirliyi Cəlilabad rayonunda məktəbin qəzalı vəziyyətə düşməsi barədə məlumatlara münasibət bildirib.

ARANTV.AZ  xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq qeyd olunub ki, rayonun Muğan kənd orta məktəbində təhsil prosesi davam edir, şagirdlər təxliyə olunmayıb.

“Təhsil ocağının təmir olunması 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramına salınıb, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub” – nazirliyin cavabında bildirilib.

Daha çox xəbərlər