Şou biznes 

Əcnəbi ifaçılar “Ağacda alma” oxudular – VİDEO

Azərbaycanlı və əcnəbi ifaçılar maraqlı layihə ilə yadda qalıb.

ARANTV.AZ  xəbər verir ki, ötən ay Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Daşkəsəndə keçirilmiş “Yaradıcılıq emalatxanası” adlı beynəlxalq düşərgədə estrada ifaçıları qala-konsert verib.

MDB dövlətləri gənclərinin iştirak etdiyi konsertdə əməkdar artist Şölə Səfərəliyevanın rəhbərliyi altında Azərbaycan xalq mahnısı “Ağacda alma” ifa olunub.

Belə ki, Nikita Adamçuk (Belarus), Kseniya Lebedeva (Rusiya), Moldir Tanqirberqen (Qazaxıstan), Nigar Cəlilova (Azərbaycan), Nikoleta Boduy, Korina Taka (hər ikisi Moldova), Asimxan Rəcəbov, Rəbiyə Hacıyeva (hər ikisi Tacikistan) bu mahnını oxuyublar.

Qeyd edək ki, bu düşərgə zamanı MDB gəncləri öz yaradıcılıq məhsullarını nümayiş etdirirlər.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment