İşğaldan azad edilmiş ərazilərin bərpası və insanların oraya qaytarılması qarşıda duran prioritet məsələdir – Şahmar Mövsümov
İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi və insanların oraya qaytarılması Azərbaycanın qarşısında duran prioritet məsələdir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda panel müzakirələri zamanı deyib.
Ş.Mövsümov bildirib ki, Azərbaycan ərazilərin bərpası istiqamətində böyük işlər görür:
“Bizim növbəti prioritetimiz böyük qayıdışdır. Biz burada ədaləti bərpa etməliyik, insanları oraya qaytarmalıyıq”.
Prezidentin köməkçisi əlavə edib ki, azad edilmiş ərazilərin bərpası Azərbaycan iqtisadiyyatının böyüməsinə səbəb olacaq: “Kənd təsərrüfatına yararlı torpaqlar dövriyyəyə qayıtmalıdır. Bu, iqtisadiyyatın genişlənməsinə imkan verəcək”.

