Sumqayıt dövlət başçısının diqqət və qayğısı nəticəsində gündən-günə inkişaf edərək gözəlləşir
ARANTV.AZ xəbər verir ki, ölkənin 3-cü ən böyük şəhəri olan Sumqayıt dövlət başçısının diqqət və qayğısı nəticəsində gündən-günə inkişaf edərək gözəlləşir, regionun ən iri sənaye mərkəzlərindən birinə çevrilir. Fevralın 18-də Sumqayıta səfər edən Prezident İlham Əliyevin “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirakı, şəhərin yeni dənizkənarı bulvarında sakinlərlə görüşü və səmimi söhbəti sumqayıtlılarda xoş əhval-ruhiyyə yaradıb.
Fevralın 18-də Prezident İlham Əliyev Sumqayıta səfər etdi. Gənclər şəhərinə 20-dən artıq səfər edən ölkə başçısının bu səfərlərinin hər biri 70 yaşını qeyd etməyə hazırlaşan Sumqayıtın inkişafına daha da təkan verib. Bu baxımdan, Prezidentin son səfəri də şəhərin inkşafında yeni mərhələnin başlanğıcı kimi diqqəti cəlb edir. Belə ki, Prezident İlham Əliyev elə ötən gün Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Ümumiyyətlə, son illər Sumqayıtda aparılan abadlıq-quruculuq işləri nəticəsində şəhər öz simasını tamamilə dəyişib. Dövlət başçısının tapşırığı ilə tikilən Sumqayıtın yeni bulvarı da əhalinin əsas istirahət yerlərindən birinə çevrilib. Səfər ərçivəsində Prezident İlham Əliyevin dənizkənarı bulvarda sakinlərlə görüşü, səmimi söhbəti sumqayıtlıların yaddaşında unudulmaz, xoş xatirə kimi qalacaq.
Görülən işlər sakinlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Sumqayıtlılar günü-gündən gözəlləşən doğma şəhərlərindən qürurla danışırlar.
Qarşıda Sumqayıtı daha böyük bir bayram gözləyir – 70 illik yubiley! Prezident bu yubileyin yüksək səviyyədə qeyd edilməsi barədə sərəncam imzalayıb. Ölkə başçısının səfəri də Sumqayıtın 70 illik yubileyinin daha möhtəşəm qeyd olunmasına zəmin yaradıb.

